...

Bakı və Moskva bütün sahələrdə əməkdaşlıq edir - Azərbaycanın səfiri

Siyasət Materials 4 Aprel 2008 16:44 (UTC +04:00)
Bakı və Moskva bütün sahələrdə əməkdaşlıq edir - Azərbaycanın səfiri

Azərbaycan, Bakı, 04 aprel / Trend , müxbir A.Qasımova / Azərbaycan və Rusiya ikitərəfli əlaqələrin bütün sahələrində əməkdaşlıq edir. Bu barədə bu gün Moskvada Azərbaycanın RF-da səfiri Polad Bülbüloğlu bildirib.

"Azərbaycanda bütünlüklə və hissələrlə Rusiya kapitalına malik 400 -dən çox müəssisə var. Diqqətəlayiq faktdır ki, Azərbaycan Milli Məclisi ölkənin MDB Humanitar Əməkdaşlıq Fonduna qoşulmaq barədə qərar qəbul edib. Bu da onu deyir ki, biz humanitar əməkdaşlığı daha da müntəzəmləşdirməliyik" - "Azərbaycan 2008; inkişafa doğru sıçrayış" mövzusunda Konfransda çıxış edərkən səfir deyib.

Diplomat davam edərək bildirib ki, Azərbaycanda rus dilinə diqqətlə yanaşırlar. "Rusdilli məktəblərin heç biri bağlanmayıb, bizim həmişə hörmətlə yanaşdığımız rus dili və mədəniyyəti ilə heç bir problemimiz yoxdur" -deyə səfir qeyd edib.

"Rusiya - müxtəlif siyasi baxışlara malik böyük ölkədir və Azərbaycanın səylərinə qərəzli münasibət göstərən siyasi qüvvələr var. Rusiyanın müxtəlif ictimai-siyasi dairələrinin rəylərinə baxmayaraq, biz, bir səfirlik kimi Rusiyanın rəsmi mövqeyinə əsaslanır və onu izləyirik" - deyə səfir bildirib.

Səfir rəsmi Bakının Azərbaycanın ərazi bütövlüyü və Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə və beynəlxalq hüquq əsasında həll etmək niyyətini bəyan edib. "Kim kimin ölkəsini işğal edib, aydındır, böyük ölkələr bunu başa düşməli və qəbul etməlidir".

" Nə qədər ki, azərbaycanlılar var, heç bir azərbaycanlı heç vaxt Qarabağı verməz və torpaqlarımızın zəbt olunması ilə razılaşmaz"-deyə o, əlavə edib.

Azərbaycan prezidenti İcra Aparatının Siyasi analizlər şöbəsinin rəhbəri Elnur Aslanov Azərbaycanda yoxsulluq səviyyəsinin azalması və yeni iş yerlərinin açılmasını qeyd edib. Onun sözlərinə görə, ölkədə əmək haqqı 50 faizə qədər artıb. Azərbaycan iqtisadi müstəqillik indeksi üzrə Ukrayna, Rusiya, Ermənistan və Gürcüstanı qabaqlayır. "Əhəmiyyətli inkişaf tempini nəzərə alaraq, prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daha güclü regional və qeyri - regional oyunçuya çevrilərək, ölkənin bütün sahələrinin modernləşdirlməsi kursunu davam etdirir.

Konfransda "Links" Münaqişələrin Nizamlanması London İnstitutunun direktoru Denis Sammut, Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Nuriyev, Azərbaycanın Sosial- Tədqiqatlar Fondunun rəhbəri Rəşad Rzaquliyev və başqaları iştirak edirlər.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti