...

Türkiyə Azərbaycan və İsrail ilə üçtərəfli əməkdaşlığın genişləndirilməsi mövqeyindən çıxış edir – Türkiyənin yüksək vəzifəli parlament üzvü

Siyasət Materials 10 Aprel 2008 10:52 (UTC +04:00)
Türkiyə Azərbaycan və İsrail ilə üçtərəfli əməkdaşlığın genişləndirilməsi mövqeyindən çıxış edir – Türkiyənin yüksək vəzifəli parlament üzvü

İsrail, Qüds, 09 aprel / Trend R.Abdullayev/ Türkiyə, Azərbaycan və İsrail aralarında mövcud olan əğəkdaşlıq və münasibətləri üçtərəfli əsaslar üzərində genişləndirməli və inkişaf etdirməlidir. Bu barədə Türkiyə parlamentinin beynəlxalq münasibətlər üzrə komissiyasının sədri Murad Mərcan bildirib.

Mərcanın sözlərinə görə, Türkiyə üçün Azərbaycan, eləcə də, İsrail ilə münasibətlər strateji əhəmiyyətlə malikdir. "Hesab edirəm ki, bizim üçtərəıfli münasibətləri inkişaf etdirmək üçün yaxşı perspektivlərimiz var və əməkdaşlığın hazırkı potensialından istifadə etməliyik" - deyə çərşənbə günü Trend a müsahibəsində Türkiyənin parlament nümayəndəsi bildirib.

Mərcan bildirib ki, İsrailə səfər çərçivəsində İsrail Azərbaycanlıları Konqresinin diaspor təşkilatının rəhbərliyi ilə görüş keçirib. "Türkiyə daima və bütün təşəbbüslər zamanı Azərbaycanın yanındadır" - deyə Mərcan bildirib. O əlavə edib ki, "azərbaycanlılar bizim dünyada və həmçinin İsraildə qan qardaşlarımızdır".

Xəbər lenti

Xəbər lenti