...

Tbilisidə NATO-nun himayəsi altında təşkil olunacaq təlimlərə hazırlığa dair konfrans keçiriləcək

Siyasət Materials 15 Aprel 2008 17:19 (UTC +04:00)

Gürcüstan,Tbilisi,15 aprel / Trend , müxbir N.Kirtsxalia/ Aprel ayının 15-18-də Tbilisidə NATO-nun himayəsi altında IMMEDIATE RESPONSE təlimlərinin hazırlığına dair konfrans keçiriləcək. Gürcüstan Müdafiə Nazirliyinin məlumatına görə, konfrans iştirakçıları iyul ayına planlaşdırılmış təlim planını hazırlamalıdırlar.

Tbilisi konfransında həmçinin Azərbaycan və Ermənistandan olan nümayəndə heyəti iştirak edir. Gürcüstandakı təlimlərin hazırlığı ilə ABŞ-ın Avropa Komandanlığının otuz nəfərlik tərkibi məşğul olub. Onlar Vazian hərbi bazasına baş çəkiblər, bazanın infrastrukturu ilə, eləcə də Poti hərbi-dəniz bazası ilə tanış olublar.

Təlimlərdə Gürcüstandan savayı Ermənistan, Azərbaycan, Ukrayna və Türkiyə tərəfi də iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti