...

Azərbaycanın dövlət başçısı FİDE-nin prezidentini qəbul edib

Siyasət Materials 21 Aprel 2008 15:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 aprel / Trend / Azərbaycan prezidenti İlham Əliyev aprelin 21-də Prezident sarayında Rusiya Federasiyasının Kalmıkiya Respublikasının prezidenti, FİDE-nin prezidenti Kirsan İlyumjinovu qəbul edib.

Görüşdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 85 illiyinə həsr olunmuş FİDE-nin Qran-pri turnirinin ölkəmizdə keçirilməsi Azərbaycanda şahmatın daha da inkişaf etdirilməsinə öz töhfəsini verəcəyi vurğulanıb.

İlyumjinov Qran-pri turnirinin əhəmiyyətini qeyd edib və tədbirin yüksək səviyyədə təşkil olunduğunu bildirib. Qonaq Azərbaycanda idmanın bütün sahələrinin, o cümlədən şahmatın inkişafına yüksək dövlət qayğısı göstərildiyini vurğulayıb.

Xəbər lenti

Xəbər lenti