...

Dünyəvi həyat tərzi Avropada din üçün təhlükə törədir – avropalı ekspertlər

Siyasət Materials 22 Aprel 2008 19:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 aprel/ Trend , müxbir E.Tarıverdiyeva/ Dünyəvi həyat tərzi cəmiyyətdəki dini dayaqlar üçün təhlükə ola bilər. Lakin müasir Avropada dindən tam imtinanı gözləməyə dəyməz. ""Dünyəviliyin" dinə əsaslanan əvvəlki dayaqlardan yaxşı olmayan mənəvi dəyərlər anlayışını dəyişdirməsinə baxmayaraq, xristian dəyərləri gələcəkdə Avropada daha da inkişaf edəcək", - britaniyalı ekspert Yan Pol Daymond (Ian Paul Diamond) hesab edir.

Roma katolik kilsəsinin rəhbəri Papa XVI Benedikt ABŞ-a səfəri zamanı Avropada dünyəvi həyat tərzinin yayılması və bunun nəticəsində dini dayaqlardan uzaqlaşma ilə bağlı narahatlığını bildirib.

"Papa XVI Benediktin haqqında danışdığı "dünyəvilik" anlayışı Qərb dövlətlərində cəmiyyətdə xristianlığın aradan qaldırılması və zəiflədilməsi üçün kod sözü olub", - Kembric Universitetinin professoru Daymond çərşənbə axşamı elektron poçtu ilə Trend -a bildirib. Onun rəyinə görə, dini və dünyəvi dəyərlərin birbaşa toqquşma zonası seksual etika məsələsidir. Ekspert bildirib ki, yəhudi-xristian dəyərləri seksual dəyərlərin qarşısını almağa və ailə dəyərlərinin dəstəklənməsinə yardım etdiyi halda, dünyəvi həyat tərzi insanın istədiyi hər bir şeyi edə bilməsinin lehinə çıxış edir.

"Mənim fikrimcə, dünyəvilik utopik ideologiyadır, çünki eyni zamanda son dərəcə düşüncəsiz olan və zorakılığı təbliğ edən analoji etiqad sistemidir. Nümunə kimi dövlətin marksist-leninçi quruluşuna müraciət etmək olar. Lakin bütün məsələlər üzrə təvazökar olmaq vacibdir. Ona görə ki, İsa söylədiyi kimi, sülh yaradanlar xoşbəxtdirlər", - Daymon söyləyib.

Çexiyalı ekspert Roman Yox (Roman Joch) hesab edir ki, dünyəvi həyat tərzi özü-özünü məhv edir. "Dünyəvi insanlarda bir qayda olaraq çox uşaq olmur və bu, dünyəvi həyat tərzi tərəfdarları faizinin nəyə görə azalmasını izah edir", - Praqa Universitetinin professoru Yox çərşənbə axşamı elektron poçtu ilə Trend -a bildirib.

"Mən bilmirəm ki, nə üçün dünyəvi insanlar öz dünyagörüşlərini onlara vermək üçün çox uşaq istəmirlər. Lakin bu statistik faktdır ki, dünyəvi insanın çox övladı yoxdur. Beləliklə, nəsildən-nəsilə dünyəvi insanlar getdikcə daha az olacaqlar", - Yox hesab edir. Analitikin sözlərinə görə, adətən dindarlar dünyəvi həyat tərzinin tərəfdaşlarından çox uşağa sahib olurlar və beləliklə gələcək dünyəvi deyil, dini insanlara məxsusdur.

"Sual gələcək nəsilin indikindən daha çox dindar olması ilə bağlı deyil, onun konkret olaraq hansı dinə etiqad edəcəyi ilə bağlıdır", - Yox bildirib.

"Dünyəvi həyat tərzi müasir dünya üçün təhlükə törətmir. Lakin Avropada mənəvi böhran şəraitində onun iflasa uğraması üçün şansı dini dayaqlardan daha çoxdur", - britaniyalı ekspert Kennet Minoq (Kenneth Minogue) hesab edir.

"Dünyəvi həyat insanların öz qərarlarını müəyyən dərəcədə azad şəkildə qəbul etdikləri və öz yolları ilə getdikləri müasir həyat deməkdir. Çox əsrlər ərzində dəyişən və adaptasiya edən xristianlıq bu həyat tərzini dəstəkləyən dindir", - London Universitetinin professoru Minoq çərşənbə axşamı elektron poçtu ilə Trend -a bildirib.

Ekpert bildirib ki, xristianlıq dünyəvi həyata digər dinlərdən daha mülayim yanaşır. "Misal üçün, Azərbaycanda da olduğu kimi, islam bir çox formalarında uyğunlaşan deyil. Çox sayda müsəlmanın islam ölkələrini tərk edib Avropa dövlətlərində yerləşmək istəmələri faktı buna dəlalət edir", - Minoq hesab edir.

Xəbər lenti

Xəbər lenti