...

Azərbaycanın Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri bir neçə istiqamətdə atəşkəs rejimini pozublar

Siyasət Materials 29 Aprel 2008 10:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 aprel / Trend , müxbir E.Hüseynli/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri aprelin 28-də saat 09.35-dən 20.45-dək ara-sıra Ermənistan Respublikası Noyemberyan və İcevan rayonları ərazisindəki mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonu sahəsində yerləşən mövqelərini, saat 12.15-dən 12.35-dək və saat 21.10-dan 21.25-dək Ağdam rayonunun Mərzili və Yusifcanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 12.40-dan aprelin 29-u saat 01.50-dək fasilələrlə Xocavənd rayonu ərazisindəki adsız yüksəkliklərdə və Kurapatkino kəndində yerləşən mövqelərdən, saat 15.30-dan 15.40-dək Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 23.20-dən aprelin 29-u saat 02.05-dək fasilələrlə Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Aşağı Veysəlli kəndinin yaxınlığında yerləşən mövqelərdən, saat 23.50-dən aprelin 29-u saat 04.40-dək ara-sıra Tərtər rayonunun Qızıl Oba və Göyarx kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bütün hallarda cavab atəşilə düşmən susdurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti