...

Bakı Fond Birjasında Milli Bank notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

Siyasət Materials 29 Aprel 2008 15:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 aprel / Trend / Cari il aprel ayının 30-da saat 11:00-dan 12:30-dək BFB-də Milli Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. Bu barədə birjanın çərşənbə axşamı yayılan məlumatında bildirilir.

Notların dövlət qeydiyyat №-si 50101719S, emissiya həcmi 50 000 000 AZN, hərraca çıxarılan həcm 40 000 000 AZN, bir notun nominal dəyəri 200 AZN, tədavül müddəti 29 gündür.

Hərrac zamanı, notlar buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir.

Öədəmə tarixi 29 maydır.

Xəbər lenti

Xəbər lenti