...

Azərbaycan prezidenti Norveç xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Siyasət Materials 29 Aprel 2008 15:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 aprel/ Trend / Azərbaycan prezidenti İlham Əliyev aprelin 29-da Norveçin xarici işlər naziri Yonas Qar Störenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Prezident Əliyev Norveç xarici işlər nazirinin Azərbaycana səfərinin ikitərəfli münasibətlərin gələcək inkişafı baxımından əhəmiyyətli olacağına əminliyini bildirib.

Störe rəhbərlik etdiyi nümayəndə heyətinin azərbaycanlı həmkarları ilə keçirdiyi görüşün çox səmərəli olduğunu, ikitərəfli əlaqələrin bir çox sahələrinin müzakirə edildiyini qeyd edib.

Xəbər lenti

Xəbər lenti