...

ABŞ səfirliyi Azərbaycandakı prezident seçkisində səslərin paralel sayılmasını təşkil edəcək

Siyasət Materials 1 May 2008 12:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 may / Trend , müxbir S.İlhamqızı/ ABŞ səfirliyi bu ilin oktyabrında Azərbaycanda keçiriləcək prezident seçkisində "exit-poll" və səslərin paralel sayılmasını həyata keçirəcək. Bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersi jurnalistlərə açıqlamasında bildirib.

"Exit poll"dan başqa, səslərin paralel sayılmasının yeni sistemindən istifadə olunacaq"-deyə səfir bildirib.

ABŞ hökuməti həmçinin Azərbaycanda prezident seçkisi prosesinə, seçkidə demokratikliyin təmin olunması işinə 3 milyon dollar vəsait ayırıb.

Azərbaycan Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov KİV-ə açıqlamasında bildirmişdi ki, istənilən beynəlxalq və yerli qurumlar seçkidə "exit-poll"lar təşkil edə bilər.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti