...

Türkiyənin Hərbi Hava Qüvvələrinin ordu generalı Azərbaycandadır

Siyasət Materials 1 May 2008 17:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 may / Trend , müxbir E.Hüseynli/ Türkiyənin Hərbi Hava Qüvvələrinin komandanı ordu generalı Aydoğan Babaoğlu Azərbaycandadır. Bu barədə Trend -a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Babaoğlu Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyevlə görüşüb. Əbiyev deyib ki, iki ölkə arasında hərbi sahədə də uğurlu əməkdaşlıq münasibətləri qurulub.

Nazirin sözlərinə görə, Azərbaycan Ordusunda hərbi təlim və təhsilin müasirləşdirilməsində Türkiyə Silahlı Qüvvələrinin böyük dəstəyi olub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti