...

Azərbaycan Parlamenti eks-prezident Heydər Əliyevin 85 illik yübileyi ilə bağlı xüsusi iclas keçirib

Siyasət Materials 6 May 2008 13:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 may / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan Parlamenti çərşənbə axşamı, eks-prezident Heydər Əliyevin 85 illik yübileyi ilə bağlı xüsusi iclas keçirib.

Azərbaycan Parlamentinin sədri Oqtay Əsədov çıxışında bildirib ki, eks-prezident Heydər Əliyev 1990-cı illərin əvvəllərində hakimiyyətdə olsaydı, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı və azərbaycanlılara qarşı hazırlanan məkirli planlar həyata keçirilə bilməzdi. "Heydər Əliyevin SSRİ rəhbərliyindən uzaqlaşdırılması Azərbaycanın üzləşdiyi fəlakətlərin əsasını qoydu. Ondan sonra Azərbaycana qarşı hazırlanan məkirli planların həyata keçirilməsinə başlanıldı" deyə spiker Əsədov bildirib.

Əsədov qeyd edib ki, Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə qayıtmasaydı, Azərbaycanın müstəqilliyinə son qoyulacaqdı. O bildirib ki, Heydər Əliyev Parlamentə rəhbərlik etdiyi 4 ay ərzində qanunverici orqanda işlək mexanizm yaradıb.

"Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətləri əvəzedilməz, danılmz və unudulmazdır. Bu xidmətlər böyük tarixi əhəmiyyətə malikdir" - deyə spiker əlavə edib.

Xəbər lenti

Xəbər lenti