...

Yeddi dövlət başçısı Ukraynada keçiriləcək energetika sammitində iştirak etmək niyyətindədir

Siyasət Materials 13 May 2008 18:04 (UTC +04:00)

Ukrayna, Kiyev, 13 may/ Trend , müxbir Z.Novosvitski/ Artıq yeddi dövlət başçısı Ukraynada keçiriləcək energetika sammitində öz iştiraklarını təsdiqləyib. Onların arasında Azərbaycan prezidenti İlham Əliyev, Polşa prezidenti Lex Kaçinski, həmçinin, Baltik-Qaradəniz-Xəzər regionunun digər dövlət başçıları var. Bu barədə Trend -a Ukrayna prezidentinin mətbuat xidmətindən məlumat veriblər.

Azərbaycan prezidenti İlham Əliyevin Ukraynaya rəsmi səfəri mayın 21-də başlayır. Mayın 22-23-də o, beynəxalq energetika sammitində iştirak edəcək.

Ukrayna prezidenti Katibliyinin məlumatına əsasən, sammitdə iştirak etmək üçün artıq 34 ölkənin və beynəxalq təşkilatın nümayəndəsi qeydiyyatdan keçib.

Sammit iki mərhələdə keçiriləcək - mayın 22-də beynəxalq energetika forumu keçirmək planlaşdırılır. Mayın 23-də isə "Qute" dövlət iqamətgahında (İvano-Frankovskaya əyaləti) yüksək səviyyədə görüş baş tutacaq.

Beynəxalq energetika forumu çərçivəsində, mayın 22-də üç beynəxalq layihənin, o cümlədən "Odessa-Brodı-Plotsk" neft kəmərinin təqdimatı baş tutacaq. Müzakirələrin ikinci mövzusu Xəzər neftinin emalı üçün Ukrayna ərazisində neft emalı zavodunun yaradılması olacaq. Ukrayna prezidenti Viktor Yuşşenkonun vahid Baltik-Qaradəniz-Xəzər enerji tranziti layihəsinin yaradılması haqqında təşəbbüsü konfransda müzakirəsi planlaşdırılan üçüncü məsələ olacaq.

Mayın 23-də "Qute"də yüksək səviyyədə görüş keçiriləcək. Dövlət başçıları burada üç saat ərzində beynəlxalq konfransın yekunlarını nəzərdən keçirəcək, bundan sonra isə, birgə sənədlər qəbul ediləcək.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti