...

Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri bir neçə istiqamətdə atəşkəs rejimini pozublar

Siyasət Materials 17 May 2008 12:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 may / Trend , müxbir E.Hüseynli/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri mayın 16-də saat 11.50-dən 18.05-dək fasilələrlə Ermənistan Respublikası Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən, Azərbaycan Respublikasının Tovuz rayonu ərazisindəki adsız yüksəkliklərdə, Koxa Nəbi, Ağdam və Əlibəyli kəndləri sahəsində yerləşən mövqelərini, saat 19.15-dən 19.40-dək isə Goranboy rayonu Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Silahı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilir.

Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti