Azərbaycan, Bakı, 18 may / Trend / Mayın 18-də Koreya Respublikasının baş naziri Han Seunq-su Azərbaycana rəsmi səfərə gəlmişdir.
Heydər Əliyev adına beynəlxalq hava limanında ali qonağın Azərbaycanın baş naziri Artur Rasizadə və digər rəsmi şəxslər qarşıladılar.
Qarşılanma mərasimindən sonra hava limanının ali qonaqlar üçün salonunda Koreya Respublikasının baş naziri Han Seunq-su və baş nazir Artur Rasizadə arasında qısa protokol söhbəti oldu.