Azərbaycan, Bakı, 20 may / Trend , müxbir M.Əliyev/ "Azərbaycan və Türkmənistan gələcəkdə daha sıx əməkdaşlıq edəcək", - deyə çərşənbə axşamı Bakı Dövlət Universitetinin tələbə və professor heyəti qarşısında çıxış edən Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov bildirib.
Türkmənistan prezidentinin bazar ertəsi Azərbaycana başlanan ilk rəsmi səfəri çərçivəsində yeddi ikitərəfli sənəd imzalanıb. Onların arasında Ticarət-Sənaye Palataları və Maliyyə nazirlikləri arasında əməkdaşlığa dair saziş, XİN-lər arasında əməkdaşlığa dair protokol, beynəlxalq kombinasiya edilmiş yük daşımaları, beynəlxalq avtomobil daşımalarına dair müqavilə, standartlaşdırma, metrologiya və akreditə sahəsində əməkdaşlıq, gənclər və idman sahəsində əməkdaşlığa dair müqavilələr də yer alıb.
Sənədlər Azərbaycan prezidenti İlham Əliyev ilə danışıqların yekunu üzrə imzalanıb.
"İki ölkə arasında bir çox sahələrdə, o cümlədən humanitar sahədə sazişlər imzalanıb", - deyə Bakı Dövlət Universitetinin fəxri doktoru adının verilməsi mərasimində Türkmənistan prezidenti bildirib.
Müəlliflə əlaqə ünvanı trend