...

Prezident seçkisi Azərbaycanda demokratiyanın səviyyəsini göstərəcək – Britaniya təşkilatının nümayəndəsi

Siyasət Materials 23 May 2008 13:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 may / Trend , müxbir M.Əliyev/ "Qarşıdan gələn prezident seçkiləri Azərbaycanda demokratiyanın səviyyəsini göstərəcək", - deyə cümə günü Bakıda Böyük Britaniyanın LİNKS Qeyri-Hökumət Təşkilatının nəzdində Cənubi Qafqaz parlament təşəbbüsünün rəhbəri Dennis Sammut bildirib.

"Biz əminik ki, Azərbaycan demokratik seçkilərin keçirilməsi üzrə öhdəlikləri yerinə yetirəcək və bizim buna şübhə etməyə haqqımız yoxdur", - deyə Sammut Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin təşkil etdiyi "Azərbaycan 2008: Müasirləşməyə gedən yol" konfransında çıxış edərkən bildirib.

LİNKS Ermənistan, Azərbaycan, Gürcüstan, Moldova, Şimali Kipr, Türkiyə və Ukraynada fəaliyyət göstərir. Təşkilat 1997-ci ildə yaradılıb. Təşkilatın layihələri Böyük Britaniya hökuməti, İsveçrə, İrlandiya XİN-i, İsveç və Niderland hökumətləri, qismən də Avropa Komissiyası tərəfindən maliyyələşdirilir. 

LİNKS-in Cənubi-Qafqaz parlament təşəbbüsü 2003-cü ildə Azərbaycan, Ermənistan və Gürcüstan parlamentləri tərəfindən imzalanan qarşılıqlı anlaşma Memorandumu əsasında yaradılıb. Təşkilatın məqsədi bu üç ölkənin parlamentləri arasında dialoq və fikir mübadiləsi yaratmaqdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: trend

Xəbər lenti

Xəbər lenti