...

Almaniyalı politoloq Kəpəz yatağı üzrə Azərbaycan-Türkmənistan mübahisəsinin həllini yatağın birgə işlənilməsində görür

Siyasət Materials 23 May 2008 15:50 (UTC +04:00)
Almaniyalı politoloq Kəpəz yatağı üzrə Azərbaycan-Türkmənistan mübahisəsinin həllini yatağın birgə işlənilməsində görür

Azərbaycan, Bakı, 23 may/ Trend , müxbir S.Ağayeva/ Almaniyalı politoloq Kəpəz yatağının kimə məxsus olması məsələsi üzrə Azərbaycan-Türkmənistan mübahisəsinin həllini yatağın birgə işlənilməsində görür.

"Xəzərdəki Kəpəz yatağının (türkmən topologiyasına görə, Sərdar) kimə məxsus olması üzrə iki ölkə arasındakı uzun illik mübahisə Xəzərdə qarşılıqlı faydalı əməkdaşlıq imkanlarını nəzərəçarpacaq dərəcədə çətinləşdirir. Vəziyyətdən çıxış yatağın birgə işlənilməsi ola bilərdi", - məşhur almaniyalı politoloq, Almaniya Silahlı Qüvvələri Akademiyası nəzdində Beynəlxalq Təhlükəsizlik Forumunun üzvü İohan Rau cümə günü Trend -a bildirib.

Xəzərin statusunun müəyyənləşdirilməsi məsələsində Azərbaycan və Türkmənistan arasında əsas fikir ayrılığı "Kəpəz" yatağına görədir. Türkmən tərəfi bu yatağı özününkü hesab edir və "Sərdar" adlandırır. Seysmik kəşfiyyat məlumatlarına əsasən, bu yataqda ehtimal edilən ehtiyatlar 80 mln. ton neft və 32 mlrd. kubmetr qaz təşkil edir.

"Etibarlı böyük enerji layihələri ehtiyatına malik Azərbaycan Xəzəryanı dövlətlər arasında dənizin sektoral prinsip əsasında bölünməsinin ədalətli olduğunu güman edir. Lakin İran və Türkmənistanın mövqeyi dənizin statusu üzrə yekun qərarın qəbul edilməsini yubadır", - Rau qeyd edib.

Politoloq Azərbaycan, Qazaxıstan və Rusiyanı Xəzərin statusunun həll edilməsi məsələsinə Avropa İttifaqını cəlb etməyə çağırır. "Öz enerji təhlükəsizliyinin təmin edilməsi üçün regiona böyük ümidlər bəsləyən Aİ, bu məsələdə maraqlı olmalıdır", - o bildirib.

Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsinə dair məsələ SSRİ-nin dağılmasından sorna yaranıb. 1991-cü ilədək o, sahilyanı dövlətlər - İran və Sovet İttifaqı arasında müqavilələrlə müəyyən edilib.

1998-ci ilin iyulunda Qazaxıstan və Rusiya təbii sərvətlərdən istifadəyə suveren hüquqların həyata keçirilməsi üçün Xəzər dənizinin Şimal hissəsinin dibinin sərhədlərə ayrılması haqqında Saziş, 2002-ci ilin mayında isə bu Sazişə protokol bağlayıblar.

Analoji sənədlər 2001 və 2003-cü illərdə Qazaxıstan və Azərbaycan arasında imzalanıb.

Xəzəryanı dövlətlər 2003-cü ilin noyabrında Xəzər dənizinin ətraf mühitinin mühafizəsinə dair Çərçivə müqaviləsi imzalayıblar.

2003-cü ilin mayında Qazaxıstan, Azərbaycan və Rusiya arasında Xəzər dənizi dibinin qonşu sahələrinin sərhədlərə ayrılması xəttlərinin toqquşma nöqtəsi haqqında saziş imzalanıb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti