...

Azərbaycan Xarici işlər nazirliyində ABŞ nümayəndə heyəti ilə görüş

Siyasət Materials 24 May 2008 19:36 (UTC +04:00)

Azərbaycan, Bakı. 24 may. / Trend /   Bu gün Azərbaycan Respublikası Xarici işlər naziri Elmar Məmmədyarov ABŞ Nümayəndələr Palatasının üzvü Adam Şifi qəbul etmişdir. Görüş zamanı Azərbaycan-ABŞ əməkdaşlığı, beynəlxalq və regional məsələlər müzakirə olunmuşdur.

XİN-nin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, konqresmen Şif Azərbaycanın enerji təchizatının diversifikasiyasına və İraq və Əfqanıstandakı əməliyyatlara verdiyi töhfəsinə görə təşəkkürünü bildirmişdir.

Nazir Məmmədyarov Azərbaycanın sürətli inkişaf templərindən bəhs etmiş və regionun maraqları üçün sülh və sabitliyin vacibliyini qeyd etmişdir. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verən Məmmədyarov Ermənistan rəhbərliyi tərəfindən münaqişənin həllinin bütün  Cənubi Qafqaza müsbət təsir edə biləcəyinin və Ermənistanın öz maraqlarında olmasının başa düşülməsinin vacibliyini vurğulamışdır. Habelə nazir Məmmədyarov bildirmişdir ki, ABŞ-dakı erməni diasporu Ermənistanın müstəqilliyinin gücləndirilməsində maraqlı olmalı və bu ölkənin mənafelərinin zəiflədilməsi üzrə fəaliyyətlərinə son qoymalıdırlar.

Görüşdə qarşılıqlı maraq doğuran digər məslələr müzakirə olunmuşdur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti