...

Azərbaycanın ictimai-siyasi qüvvələri prezident seçkisi öncəsi demokratik şəraitin yaranmasını tələb edir

Siyasət Materials 29 May 2008 17:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 may / Trend , müxbir C.Babayeva/ Özünü Azərbaycanın demokratik qüvvələri hesab edən 20-dən çox siyasi partiya, QHT, politoloqlar prezident seçkisi öncəsi ölkədə demokratik şəraitin yaradılmasını tələb edir. Bu barədə onların cümə axşamı qəbul etdikləri birgə bəyanatda bildirilir.

Bəyanat müəllifləri payızda keçiriləcək prezident seçkilərinin, mayın 30-da Milli Məclisdə qəbul olunması gözlənilən Seçki Məcəlləsi ilə şəffaf və demokratik keçirilməyəcəyini düşünürlər.

"Azərbaycan hakimiyyəti aşağıdaki təxirəsalınmaz addımları atmalıdır - həbsdə olan jurnalistlər və siyasi məhbuslar azad olunmalı, sərbəst toplaşma hüququ tam təmin olunmalı, elektron KİV-lərdə müxalifətə qoyulan qadağalar aradan qaldırılmalı, Seçki Məcəlləsində nəzərdə tutulan mürtəce dəyişikliklərdən imtina etməli, yerli və beynəlxalq QHT-lər tərəfindən "exit-poll"ların və səslərin paralel sayılması prosesinə süni əngəllər yaratmamalıdırlar", - bəyanatda bildirilib.

Bəyanatı Azərbaycan Naminə İctimai Forumun rəhbəri Eldar Namazov, Klassik Xalq Cəbhəsi partiyasının sədri Mirmahmud Mirəli oğlu, Açıq Cəmiyyət partiyasının sədri Akif Şahbazov, Azərbaycan Ziyalılır Birliyinin sədri Eldəniz Quliyev, hüquq müdafiəçiləri Arzu Abdullayeva, Novella Cəfəroğlu, Səidə Qocamanlı və bir sıra partiya, QHT rəhbərləri və politoloqlar imzalayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti