...

Rusiya Abxaziyada irimiqyaslı hərbi əməliyyata hazırlaşır - Gürcüstanın müvəqqəti parlament komitəsinin sədri

Siyasət Materials 2 İyun 2008 14:42 (UTC +04:00)
Rusiya Abxaziyada irimiqyaslı hərbi əməliyyata hazırlaşır - Gürcüstanın müvəqqəti parlament komitəsinin sədri

Gürcüstan, Tbilisi, 02 iyun / T rend News , müxbir N.Kirtsxaliya/ BMT tərəfindən Abxaziyada etnik təmizləmənin faktiki olaraq tanınmasından sonra Rusiyanın Gürcüstana qarşı irimiqyaslı hərbi əməliyyatlara əl atmaqdan başqa yolu qalmır. Bu haqda Gürcüstanın ərazi bütövlüyünün bərpası üzrə Gürcüstanın müvəqqəti parlament komitəsinin sədri Şota Malaşxiya jurnalistlərə bəyan edib.

"Bu əməliyyat Moskvanın sülhməramlılarının istifadəsi ilə planlaşdırılır və hazırda bu plan əsasında sülhməramlı qüvvələrin möhkəmləndirilməsi adı altında hərbi iştirak üçün zəmin yetişdirilir", - deyə o bəyan edib.

Malaşxiya hesab edir ki, BMT-nin qətnaməsindən sonra Rusiyanın gürcü-abxaz münaqişəsinin nizamlanmasında legitim iştirakı üçün hüquqi "rıçaqları" qalmayıb və o, münaqişə tərafdarı kimi qəbul olunacaq.

"Bu fonda Avropa İttifaqının fəallığı güclənir və bu ölkələrin səfirləri abxazlara Gürcüstan hakimiyyətinin təklif etdiyi sülh təşəbbüsünü qəbul etməyin vacibliyini başa salmağa çalışırlar", - deyə millət vəkili qeyd edib.

Xəbər lenti

Xəbər lenti