...

"Şərq təşəbbüsü" üzrə təkliflər hələ müzakirə olunacaq – Aİ-nin xüsusi nümayəndəsi

Siyasət Materials 3 İyun 2008 15:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 iyun / Trend ,müxbir E.Hüseynov/ Mayın sonunda Avropa Birliyinin XİN rəhbərlərinin Nazirlər Şurası Brüsseldə Polşa-İsveçin "Şərqi tərəfdaşlıq" adlı təşəbbüsünü müzakirə edib. Bu təşəbbüs AB -nin Ukrayna, Gürcüstan, Moldova, Azərbaycan və Ermənistan, habelə qismən Belarusla tərəfdaşlığın gücləndirilməsini nəzərə tutur. Müvafiq proqram AB çərçivəsində mövcud Avropa qonşuluğu siyasəti təşəbbüsünə söykənməlidir. Həmin proqram viza maneələrinin aradan götürülməsi və azad ticarət zonasının yaradılması istiqamətində səylərin artırılmasını nəzərdə tutur. Proqramm, həmçinin, müvafiq təşəbbüsün əhatə etdiyi ölkələrlə AB arasında xüsusi anlaşmaların imzalanmasını planlaşdırır. Avrokomissiya "Şərqi tərəfdaşlıq" təşəbbüsünə mənfi yanaşsa da, layihə ideyasına artıq onun tərəfindən müsbət rəy verilib.

AB-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi Trend -un yeni təşəbbüslə bağlı suallarına cavab verir.

- Avropa İttifaqı Polşa və İsveçin təşəbbüsünə əsaslanaraq, region ölkələri ilə güzəştli rejim qura bilərmi?

- Bu hələ ki, Avropa İttifaqının iki ayrı-ayrı ölkəsinin təklifidir. Bu təklifin heç bir rəsmi statusu yoxdur. Təklif hələ müzakirə olunacaq və vaxtı gələndə qərar qəbul ediləcək. Lakin onun necə olacağını söyləmək hələ ki, çətindir. Əgər müsbət qərar olarsa, bir sıra strukturların bilavasitə bizim "şərq tərəfdaşlarımıza" - Ukrayna, Moldova, Cənubi Qafqaz ölkələrinə hesablanmış proqramları inkişaf etməyə başlayacaq.

- Artıq bir ildir ki, Avropa Qonşuluq Siyasəti təşəbbüsünə daxil olan ölkələr və Aİ arasında viza rejiminin sadələşdirilməsi təklif olunub. Bundan əlavə, daha sadələşdirilmiş mal dövriyyəsi sisteminin qurulmasına dair söhbətlər aparılır. Aİ bu istiqamətdə hansı addımları ata bilər?

- Bu təkliflərin reallaşdırılması mümkündür. Lakin bunun üçün bizim tərəfdaşlarımızın bəzi tədbirlər görməsi tələb olunur. Nümunə kimi, viza rejiminin sadələşdirilməsi üçün, biometrik pasportlar sisteminin tətbiqi tələb olunacaq. İcrası lazım olan digər texniki və hüquqi şərtlər də var.

Azad ticarət rejiminə gəldikdə isə, bir nömrəli şərt Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlükdür. Azərbaycan bu addımı atdıqdan sonra, prinsipcə, rüsumsuz ticarət üzrə danışıqlara başlamaq olar. Lakin, ÜTT-ə üzv olmaq üçün bir sıra zəruri islahatların keçirilməsi tələb olunur. Belə ki, bu dosye ilə əsaslandırılmış şəkildə məşğul olmaq lazımdır və bundan sonra həmin imkanlardan istifadə etməyə əsas yaradılacaq. Çox şey ölkələrin özlərindən asılıdır.

- Deməli, bu təşəbbüslərin reallaşdırılması yaxın deyil, daha uzaq gələcəyin işidir?

- Bu, Azərbaycandan və ayrı-ayrı ölkələrdən asılıdır. Prinsip etibarilə, keçirilməsi lazım olan islahatlardan bəziləri var. Onların hamısı müsbət qəbul oluna bilməz. Lakin bunlar zəruri tədbirlərdir.

- Azərbaycan biometrik pasportların tətbiqinə başlayarsa, ÜTT-ə üzv olarsa, bu, ikitərəfli səviyyədə münasibətlərin intensivləşdirilməsi üçün əsas olacaqmı?

- Digər ölkələr artıq buna bənzər addımlar atırlar. Nümunə kimi, Ukrayna və Gürcüstan artıq ÜTT-ə üzvdürlər. Lakin qəbul edilməli olan bütöv tədbirlər siyahısı var. Mən yalnız onların bəzilərinin adlarını çəkdim.

- Aİ-nin siyasəti bütün "yeni qonşularla" əməkdaşlığa yönəlib, yoxsa o, ikitərəfli səviyyədə əməkdaşlığa gedə bilər?

-.Bəli. Biz şərq qonşuluğumuzda bir sıra ölkələrlə artıq belə danışıqlara başlamışıq.

Xəbər lenti

Xəbər lenti