...

Azərbaycan prezidenti və Türkiyənin Baş naziri Naxçıvanda görüşüblər

Siyasət Materials 4 İyun 2008 12:47 (UTC +04:00)

Azərbaycan, Naxçıvan, 04 iyun / , müxbir M.Quliyev/ Azərbaycan prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan çərşənbə günü Naxçıvan Muxtar Respublikasında (NMR) müzakirələr aparıblar.

Əvvəlcə İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan NMR Ali Məclisinin binasında təkbətək görüş keçiriblər. Sonra İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın sədrlik etdiyi Azərbaycan və Türkiyənin hökumət üzvlərindən ibarət nümayəndə heyəti ikitərəfli və regional iqtisadi əməkdaşlıq məsələlərini nəzərdən keçiriblər.

Çərşənbə axşamı Rəcəb Tayyib Ərdoğan Naxçıvana səfər öncəsi Ankara aeroportunda jurnalistlərə Azərbaycan prezidenti ilə təkbətək görüş keçirmək və Azərbaycan-Türkiyə əməkdaşlıq məsələləri, həmçinin "regional və beynəlxalq inkişaf" üzrə fikir mübadiləsi aparmaq niyyətində olduğunu bildirib. Baş nazir Türkiyə və Azərbaycan arasında Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzrum boru kəmərləri kimi sülh mahiyyətli enerji layihələrinin həyata keçirildiyini xatırladıb.

Onun sözlərinə görə, iyul ayında Qafqaz və Türkiyədən keçməklə Mərkəzi Asiya və Avropanı birləşdirəcək Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin reallaşdırılmasına başlanılacaq. "Səfərim zamanı biz bu və bəzi digər layihələri müzakirə edəcəyik", - deyə o bildirib. Baş nazirin Naxçıvana birgünlük səfər proqramı çərçivəsində diqqtəlayiq yerlərə və bəzi obyektlərə baxış, həmçinin "Naxçıvan -Duzdağ" fizioterapevtik mərkəzin açılış mərasimində iştirak nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti