...

Bakı Fond Birjasında DQİ yerləşdirilməsi üzrə hərrac keçiriləcək

Siyasət Materials 9 İyun 2008 19:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 iyun / Trend / İyunun 10-da saat 11:00-dan 12:30-dək, Bakı Fond Birjasında qeydiyyat №-si 10303220S olan Dövlət Qısamüddətli İstiqrazların (DQİ) yerləşdirilməsi üzrə hərrac keçiriləcək. Bu barədə Birjanın bazar ertəsi yayılan məlumatında deyilir.

DQİ-nin ümumi həcmi - 3 000 000 AZN, bir istiqrazın nominal dəyəri - 200 AZN, istiqrazlarin tədavül müddəti - 182 gün, ödəmə tarixi - 9 dekabr.

Hərrac zamanı, DQİ buraxılışının 20%-dan artıq olmamaq şərti ilə, qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir.

Xəbər lenti

Xəbər lenti