...

Azərbaycanın şimalında yeni piyada körpüsü istifadəyə verilib

Siyasət Materials 12 İyun 2008 12:34 (UTC +04:00)

Azərbaycan, Xaçmaz, 12 iyun/ Trend , müxbir A.Qafarov/ Azərbaycanın şimalında yerləşən Quba rayonunun Antar kəndində (paytaxt Bakıdan 170 kilometr şimalda) bu gün yeni piyada körpüsü istifadəyə verilib.

Trend -un arayışı: Körpü Antar kəndini iki hissəyə ayıran Ağçay üzərində tikilib. Burada ilk körpü 1972-ci ildə tikilib. Körpü taxta konsturksiyalardan tikildiyindən sel onu yuyub aparıb.

Yeni körpünün tikintisi 20 min manata başa gəlib və Antar kənd bələdiyyəsinin vəsaiti hesabına tikilib. Uzunluğu 2 kilometrə yaxın olan piyada körpüsünün tikintisi 2 aya başa çatdırılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti