...

Azərbaycan prezidenti Türkiyənin inşaat və şəhərqurma nazirini qəbul edib

Siyasət Materials 12 İyun 2008 14:23 (UTC +04:00)

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 12 iyun/ Trend / Azərbaycan prezidenti İlham Əliyev cümə axşamı Türkiyənin inşaat və şəhərqurma naziri Faruk Nafiz Özaki qəbul edib.

Görüşdə Azərbaycan prezidenti İlham Əliyevlə Türkiyənin Baş naziri Rəcəb Təyyub Ərdoğanın Naxçıvanda keçirilən görüşün əhəmiyyətindən danışılıb və görüş ölkələrimiz arasında dostluq, qardaşlıq əlaqələrinin çox yaxşı nümunəsi kimi qiymətləndirilib.

Görüşdə həmçinin Azərbaycan-Türkiyə əlaqələrinin gələcək perspektivlərinin və müxtəlif sahələr üzrə birgə layihələrin müzakirə olunduğu qeyd olunub.

Xəbər lenti

Xəbər lenti