...

Aİ İranla əməkdaşlıq etməyi arzu edir – Ali komissar Solana

Siyasət Materials 13 İyun 2008 19:29 (UTC +04:00)
Aİ İranla əməkdaşlıq etməyi arzu edir – Ali komissar Solana

Azərbaycan, Bakı, 13 iyun/ Trend müxbir A.Qasımova/ Avropa İttifaqı nümayəndələri və "5+ 1" ölkələri (Çin, Rusiya, Fransa, İngiltərə, ABŞ və Böyük Britaniya) İranın nüvə proqramı sahəsində əməkdaşlıq üzrə yeni təklifin təqdim edilməsi üçün Tehrana gedirlər.

"Mən ümumi və hərtərəfli təkliflərin təqdim edilməsi üçün İrana gedirəm. Biz - Aİ və altı ölkə bu təkliflərlə İranla nüvə və bir sıra sahələrdə konstruktiv münasibətlərin inkişafına səy göstərdiyimizi nümayiş etdiririk. Bu təkliflər müasir nüvə enerjisi proqramının hazırlanmasında İranın dəstəklənməsini nəzərdə tutur", - Aİ-nin xarici siyasət və təhlükəsizlik üzrə Ali komissarı Havyer Solananın cümə günü yayılan bəyanatında deyilir.

O, iyunun 14-də Tehrana səfər edəcək və burada İran rəhbərliyinə təkliflər paketi təqdim edəcək. Təkliflər İranın uranın zənginləşdirilməsini dayandırmaq barədə qərar qəbul etməsi üçün stimul yaratmalıdır.

"Təkliflər diqqətlə nəzərdən keçirilib və İranın həyati əhəmiyyətli maraqlarının həllinə istiqamətlənib, - Solana bildirib. Nüvə məsələsinə əlavələrdən başqa, bizim təkliflərimiz gələcək siyasi münasibətlərə, iqtisadi əməkdaşlığa və qarşılıqlı maraq kəsb edən digər sahələrdə əməkdaşlığa toxunur", -cümə günü Aİ-nin mətbuat xidmətindən Trend -a bildiriblər. "Mən əminəm ki, hazırki vəziyyəti dəyişmək mümkündür. Bizim təkliflərimiz həm İranın, həm də İran xalqının gələcəyi üçün münasibdir. Mən səbrsizlikə sabah bunu İran rəhbərliyi ilə müzakirə etmək imkanını gözləyirəm", - komissar əlavə edib.

Xəbər lenti

Xəbər lenti