...

Gürcüstan ÜTT-də "ÜTT-yə aid olmayan məsələləri" həll edir - Trend News-un eksperti

Siyasət Materials 17 İyun 2008 17:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 iyun/ Trend , müxbir A.Qasımova/ Gürcüstan Rusiyanın Ümumdünya Ticarət Təşkilatına daxil olması yolunda nəzərəçarpacaq mane olaraq qalmaqda davam edir. Son siyasi hadisələrin fonunda belə təəssürat yaranır ki, Tbilisi ÜTT-in yardımı ilə Rusiya ilə yığılıb qalmış problemləri həll etməyə çalışır. Rusiyanın ÜTT-ə daxil olması prosesinin yubadılması Gürcüstan üçün Kremlə yeganə təsir vasitəsidir.

Gürcüstanın iqtisadiyyat naziri Yekaterina Şaraşidze çərşənbə axşamı Rusiyaya münasibətdə barışmaz mövqeyini bəyan edib: "Rusiya birtərəfli şəkildə Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımağa davam etdikcə, Gürcüstan Rusiyanın ÜTT-ə daxil olmasına razılıq verməyəcək".

Rusiya 1994-cü ildən ÜTT-ə daxil olmağa çalışır. 2006-cı il noyabrın 19-da Rusiya diplomatları ABŞ ilə ÜTT-ə daxil olmaq haqqında ikitərəfli müqavilə imzalamağa nail olublar. Rusiya vəd edib ki, əqli mülkiyyətin müdafiəsi ilə bağlı vəziyyətin pisləşməsinə yol verməyəcək, həmçinin, iqtisadiyyatın ən müxtəlif sahələrində bir çox malların rüsumunu azaldacaq.

2000-ci ildən ÜTT-ə üzv olan Gürcüstan, indi Rusiyanı onun təşkilata daxil olmasının qarşısını alacağı ilə təhdid edir. Bununla Gürcüstan ən azı son 14 ildə təşkilata üzr olmağı gözləyən Rusiyanın ÜTT-ə daxil olmasının müəyyən müddətədək uzanmasına nail ola bilər.

Tbilisi üçün Rusiyanı ÜTT-nin üzvü kimi görmək istəməməsinin əsas dəlili Rusiya tərəfinin Gürcüstanın separatçı regionlarının dəstəklənməsi kursunu davam etdirməsidir. Gürcüstan Vladimir Putinin ölkənin separatçı regionları ilə xüsusi münasibətlərin qurulması haqqında 16 aprel tarixli qərarının ləğvini tələb edir. Rusiyanın keçmiş prezidenti Putinin bu qərarına əsasən, Moskva artıq Abxaziya və Cənubi Osetiya ilə birbaşa iqtisadi və ticarət münasibətləri qurur.

Öz növbəsində, Rusiya tərəfi RF-nin ÜTT-ə qoşulması üzrə işçi qrupunun məsləhətləşmələrində artıq vurğulayıb ki, bu təlimatla nəzərdə tutulan tədbirlərdən heç biri ÜTT-ə aid deyil və onlar ticarət rejimi ilə bağlılığı yoxdur.

Bazar ertəsi Cenevrədə RF-nin ÜTT-yə daxil olması üzrə çoxtərəfli məsləhətləşmələr başlayıb. Gürcüstan bu prosesdə iştirak etməkdən imtina edib. Lakin Gürcüstanın İqtisadi İnkişaf Nazirliyinin nümayəndəsi müşahidəçi qismində Cenverədədir.

Rusiya-Gürcüstan sərhədinin Abxaziya və Cənubi Osetiya istiqamətində gömrük-buraxılış məntəqələrinin fəaliyyət göstərməsinə dair məsələ də Rusiyanın Gürcüstanla danışıqlarında maneə daşıdır. Tbilisi tələb edir ki, bu gömrük məntəqələri gürcü sərhədçiləri buraxsınlar. Rusiyanın nümayəndə heyətində bəyan edirlər ki, bu məsələlərin Ümumdünya Ticarət Təşkilatının normalarına heç bir aidiyyatı yoxdur. Rusiya artıq ÜTT-ə daxil olmaq üçün özünün əsas ticarət tərəfdaşlarının - ABŞ və Aİ-nin razılığını alıb. Lakin təşkilatın üzvü olmaq üçün Moskvaya ikitərəfli danışıqlar protokolunda Tbilisinin imzasını almaq lazımdır. Gürcüstan, RF-nin ÜTT-ə daxil olması üzrə təşkilatın üzvləri tərəfindən təqdir edilməsi zəruri olan məruzəni hazırlayan işçi qrupunun üzvüdür.

Gürcüstan tərəfinin danışıqlar stolu arxasına qayıtması və buraxılış məntəqələri ilə bağlı müzakirələri davam etdirməyə hələ vaxtı var;Rusiyanın ÜTT-ə daxil olmasına dair konkret müddət yoxdur. Öz növbəsində, Rusiyanın Gürcüstanın tələblərinə münasibətdə fəaliyyət taktikasını düşünməyə vaxtı var. Ticarət, Rusiyanın ÜTT-ə üzvlüyündən əlavə, aralarında hətta aviarabitənin olmadığı iki ölkənin razılığa gələ biləcəkləri qeyri-müəyyəndir.

Bir məsələ aydındır. Tbilisi ÜTT məsələsini manipulyasiya edərək, Rusiyanı Gürcüstana münasibətdə iqtisadi blokadanı aradan qaldırmağa məcbur etmək istəyir. Bəlkə də bu baş tutacaq. Formal baxımdan belə alınır ki, ÜTT-nin himayəsi altında tamamilə "ÜTT-yə aid olmayan məsələlər" həll edilir. Tbilisinin belə mövqeyinin Rusiya ilə münasibətlərdə necə əks olunacağını isə, zaman göstərəcək.

Xəbər lenti

Xəbər lenti