...

Azərbaycan prezidenti səhiyyə işçilərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb

Siyasət Materials 17 İyun 2008 18:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 iyun/ Trend / Azərbaycan prezidenti İlham Əliyev çərşənbə axşamı səhiyyə işçilərinə fəxri adların verilməsi haqqında sərəcam imzalayıb. Sərəncama əsasən, Azərbaycan səhiyyəsinin inkişafındakı xidmətlərinə görə Zülfüqar Fərəcova və Vaqif Verdiyevə "Azərbaycan Respublikasının Əməkdar elm xadimi" fəxri adı, Stella Abbasovaya , Əli Babayevə, Ələkbər Əkbərova, Mürsəl Həmidova, Əjdər Hümbətova, Vaqif Xanbutayevə, Zeynəbxanım Muxtarovaya, Mirhüseyn Seyidova, Fikrət Zeynalova "Azərbaycan Respublikasının Əməkdar həkimi" fəxri adı, Əliyevə Şəfa və Şölə İsmayılovaya "Azərbaycan Respublikasının Əməkdar müəllimi" fəxri adı verilib.

Prezidentin digər sərəncamı ilə Azərbaycan səhiyyəsinin inkişafındakı xidmətlərinə görə, Abdullayev Nurəddin Sədulla oğlu, Ağayeva Məlahət Əmirxan qızı, Cəfərov Məmməd Məmməd oğlu, Dumanov İlham Əli oğlu, Əlibəyov Akif Muradəli oğlu, Qəhrəmanov Rasim Məzahim oğlu, Mehdiyeva-Cuvarlinskaya Kəmalə Nurəddin qızı, Məmmədov Orxan Cəlal oğlu, Rüstəmzadə Çingiz Veys oğlu, Salmanov Ədalət İbrahim oğlu, Süleymanova Güllər Məmməd qızı, Yaqizarova Nazilə Məmməd qızı "Tərəqqi" medalı ilə təltif edilib.

Xəbər lenti

Xəbər lenti