Gürcüstan, Tbilisi, 19 iyun / Trend , müxbir N. Kirtsxaliya/ Gürcüstanın xarici işlər naziri Yekaterina Tkeşelaşvili və Avropa İttifaqının (Aİ) xarici əlaqələr və Avropa qonşuluq siyasəti üzrə komissarı Benita Valdner-Ferrero cümə axşamı Brüsseldə Abxaziyada sülhməramlı əməliyyatlaran formatının dəyişdirilməsi məsələsini müzakirə ediblər.
"Biz Aİ-nin Abxaziyada münaqişənin nizamlanması məsələsinə necə qoşula biləcəyini və onun sülhməramlı formatın inkişafı və təsdiqində nə dərəcədə iştirak edə biləcəyini detallarınadək müzakirə etdik", - deyə nazir bildirib.
"Belə vəziyyətin davam etməsi yolverilməzdir, Rusiyanın Abxaziyada "sülhməramlı" kimi çıxış etməsi bizim üçün qəbuledilməzdir və biz, təbii ki, mövcud təhlükəsizliyi əvəz edəcək yeni mexanizmin hazırlanması üzərində işləyirik" -deyə Tkeşelaşvili bildrib.
Gürcüstan münaqişə zonasında təhlükəsizliyi təmin edəcək və Avropa İttifaqı tərəfindən nəzarət olunacaq Gürcüstan-Abxaziya birgə polis bölmələrinin yaradılmasını təklif edir.