...

Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri bir neçə istiqamətdə atəşkəs rejimini pozublar

Siyasət Materials 20 İyun 2008 11:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 iyun / Trend , müxbir E.Hüseynli/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyunun 19-da saat 07.20-dən 11.50-dək və saat 20.40-dan 22.35-dək fasilələrlə Ermənistan Respublikası Berd rayonu Çinari kəndi ərazisindəki mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonun Koxa Nəbi kəndi ərazisində yerləşən mövqelərini, saat 14.50-dən 15.10-dək və saat 23.15-dən 23.35-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Horadiz kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 16.00-dan 16.15-dək iyunun 20-si saat 00.40-dan 00.56-dək ara-sıra Xocavənd rayonunun Kuropatkino kəndində yerləşən mövqelərdən, saat 05.40-dan 07.10-dək ara-sıra Tərtər rayonun Göyarx və Qızıl Oba kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 07.07-dan 07.10-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bütün hallarda cavab atəşilə düşmən susdurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti