...

Azərbaycanın xarici işlər naziri Estoniya parlamentinin vitse-spikerini qəbul edib

Siyasət Materials 20 İyun 2008 20:06 (UTC +04:00)

Azərbaycan , Bakı , 20 iyun / Trend / Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Estoniya parlamentinin vitse-spikeri Kristina Oyulandı qəbul edib. XİN mətbuat xidmətindən cümə günü Trend a verilən məlumatda belə deyilir.

Azərbaycan parlamentinin 90 illiyi münasibətilə keçirilən tədbirdə iştirakından məmnun olduğunu bildirən xanım Oyuland, Azərbaycanda şahidi olduğu dinamik inkişafı, iqtisadi nailiyyətləri yüksək qiymətləndirib.

Nazir Məmmədyarov Azərbaycanın Avropaya inteqrasiyada, demokratiya quruculuğunda maraqlı olduğunu, ölkədə aparılan islahatların ilk növbədə cəmiyyətin inkişafı və rifahına yönəldiyini vurğulayıb.

Görüşdə Estoniya-Azərbaycanın əlaqələrinin gələcək inkişaf perspektivləri, yeni istiqamətlərdə əməkdaşlıq, Azərbaycan sərmayəçiləri üçün Estoniyada maraqlı biznes imkanlarının araşdırılması məsələlərinə də baxılıb.

Xəbər lenti

Xəbər lenti