...

Londonda Azərbaycanla bağlı konfrans keçirilib

Siyasət Materials 20 İyun 2008 20:50 (UTC +04:00)
Londonda Azərbaycanla bağlı konfrans keçirilib

Böyük Britaniya, London, 20 iyun / Trend , müxbir G. Əhmədova/

"Azərbaycanın regionda artan gücü, xarici dövlətləri Dağlıq Qarabağ məsələsinin həllində daha yaxından iştirak etməyə və bu məsələnin sülh yolu ilə həllinə daha çox cəlb etməlidir , - deyə cümə günü Trend -a Londondan Azəbraycan üzrə keçirilən konfransdan Böyük Britaniyanın LİNKS qeyri-hökümət təşkilatının rəhbəri Denis Sammut telefonla bildirib.

Birgünlük konfrans Londonun Strateji Araşdırmalar üzrə Beynəlxalq İnstitutu, Dövlət Quruculuğu və Britaniyada münaqişələrin aradan qaldırılması üzrə Şəbəkə və Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin birgə dəstəyi ilə keçirilir.

KonfransdaAzərbaycanın xarici siyasəti və Dağlıq Qarabağ məsələsi müzakirə edilib. Prezident yanında Strateji Araşdırmalar Mkəzinin rəhbəri Elxan Nuriyev və İngiltərənin LİNKS təşkilatının icraçı direktoru Denis Sammut, NATO Parlament Assambleyasının keçmiş Baş katibi Simon Lon və London İqtisadiyyat Məktəbinin professoru Roy Elison çıxış ediblər.

Konfransa sədrlik edən Oksana Antonenko bildirib ki, Azərbaycanın artan gücü, müdafiə xərclərinin 2 mlrd. dollara çatdırılması regionda təhlükəsizliyə maneə törədir.

Konfransda Azərbaycanın əsas enerji hasilatçısı və mühüm enerji nəqli ölkəsi kimi mövqeyi də təhlil olunub. Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov, "British Gas" şirkətinin nümayəndələri və digər aparıcı analitiklər, ekspertlər çıxış ediblər.

Konfransda çıxış edən Dövlət Neft Fondunun direktoru Mövsümov bildirib ki, Heydər Əliyev hakimiyyətə gələndən sonra, ölkəyə qoyulan xarici sərmayənin dəyəri faizlə deyil, bir neçə dəfələrlə artıb.

"İqtisadi sahədə inkişaf çətin proses olub. Amma ölkəyə başçılıq etmiş Heydər Əliyev dönəmində iqtisadiyyat çox inkişaf edib, ölkədəki daxili çəkişmələrə son qoyulub, əhalinin sosial rifahı yaxşılaşıb", -deyə Mövsümov qeyd edib.

Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov çıxışında bildirib ki, Azərbaycanda 123 xarici şirkət fəaliyyət göstərir. "Biz artıq uzun illərdir Azərbaycanda fəaliyyət göstərən Britaniya Təhsil Şurasının (British Council) fəalliyətini çox yüksək dəyərləndiririk və onun təhsil sahəsində reallaşdırdığı layihələrə böyük qiymət veririk", - deyə azərbaycanlı səfir bildirib.

Konfransda Azərbaycanın müasir dövlət quruculuğu məsələlərinə də toxunulub.

Xəbər lenti

Xəbər lenti