Azərbaycan, Bakı, 24 iyun / Trend / Azərbaycan prezidenti İlham Əliyev çərşənbə axşamı görkəmli bəstəkar Arif Məlikovun 75 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Mədəniyyət və Turizm Nazirliyi, Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Arif Məlikovun 75 illik yubileyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirməli, Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
2008-ci ilin sentyabrında görkəmli Azərbaycan bəstəkarı, SSRİ xalq artisti, Azərbaycan Dövlət mükafatı laureatı Arif Məlikovun anadan olmasının 75 ili tamam olur.