...

Bişkekdə Azərbaycan və Ermənistan müdafiə nazirlərinin görüşü olmayacaq

Siyasət Materials 30 İyun 2008 13:12 (UTC +04:00)
Bişkekdə Azərbaycan və Ermənistan müdafiə nazirlərinin görüşü olmayacaq

Azərbaycan, Bakı, 30 iyun / Trend , müxbir E.Hüseynli/ Azərbaycan və Ermənistan müdafiə nazirlərinin Bişkekdə görüşü olmayacaq. "Azərbaycan müdafiə naziri general-polkovnik Səfər Əbiyevin Bişkekdə ermənistanlı həmkarı ilə görüşü planlaşdırılmayıb", bazar ertəsi Trend Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri polkovnik-leytenant Eldar Sabiroğlu bildirib.

Trend -un arayışı: İyulun 1-də Bişkekdə MDB Müdafiə Nazirləri Şurasının iclası keçiriləcək. İclasda Ermənistan müdafiə naziri Seyran Oqanyan da iştirak edəcək. Ermənistan mətbuatı Oqanyanın Bişkek səfəri zamanı azərbaycanlı həmkarl ilə görüşəcəyi barədə məlumat yayıb.

Sabiroğlu deyib ki, Azərbaycan və Ermənistanın müdafiə nazirlərinin görüşü ilə bağlı əvvəlcədən də hər hansı razılıq olmayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti