...

Venesiya Komissiyası Azərbaycanın Seçki Məcəlləsində problemlər olduğunu qeyd edir – Baş katib (video)

Siyasət Materials 14 İyul 2008 14:34 (UTC +04:00)
Venesiya Komissiyası Azərbaycanın Seçki Məcəlləsində problemlər olduğunu qeyd edir – Baş katib (video)

Azərbaycan, Bakı, 14 iyul/ Trend , müxbir R.Novruzov/ Venesiya Komissiyası seçki komissiyalarının formalaşdırılması ilə bağlı Azərbaycanın Seçki Məcəlləsində problemlər olduğunu qeyd edir.

"Azərbaycanın Seçki Məcəlləsində başlıca problem seçki komissiyalarının formalaşdırılması ilə bağlıdır", - Venesiya Komissiyasının Baş katibi Canni Bukikkio bazar ertəsi Bakıda jurnalistlərə bildirib.

Bukikkio bildirib ki, komissiyaların mövcud tərkibi bütün namizədlərin bərabərhüquqlu iştirakı üçün şərait yaratmır.

İyunun 2-də Azərbaycan parlamenti Seçki Məcəlləsinə dəyişikliklər və əlavələrin edilməsi haqqında layihə qəbul edib. Layihə bir ay sonra prezident tərəfindən təsdiqlənib. Yeni layihəyə əsasən, seçkiqabağı kampaniyanın müddəti 120 gündən 75 günədək azalıdılıb, namizədlərin depozit hesabı əsasında qeydiyyatı ləğv edilib, namizədlərin qeydiyyatı üçün zəruri imzaların sayı 45 mindən 40 minədən azaldılıb, dövlət KİV-də namizədlə bağlı ödənişli və ödənişsiz reklam qadağan edilib. Qanuna edilən düzəlişlər bir neçə partiyanın baykot taktikasını təsdiq edərək müxalifətin narazılığına səbəb olub.

Bukikkio Azərbaycanın Seçki Məcəlləsinin mətnini "uzun və çətin" adlandırıb. Venesiya Komissiyası katibinin rəyinə görə, mətnin azaldılması və asanlaşdırılmasına zərurət var. O, bu məsələni ölkə rəhbərliyi ilə müzakirə etmək niyyətində olduğunu bildirib.

Azərbaycanda prezident seçkiləi oktyabrın 15-də keçiriləcək. İndiyə qədər Müsavat Partityasının başqanı İsa Qəmbərin, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun, Yaşıllar Partiyasının sədri Mais Güləliyevin, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyevin, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin namizədliyi təmsil olunduqları partiyalar tərəfindən irəli sürülüb. Bundan başqa, "Azərbaycan Naminə" İctimai Forumun rəhbəri Eldar Namazov müstəqil şəkildə namizədliyini irəli sürüb. Hakim Yeni Azərbaycan Partiyası hazırki dövlət başçısı İlham Əliyevin namizədliyini irəli sürmək niyyətindədir. Üç müxalifət partiyasının (Azərbaycan Xalq Cəbhəsi, Vətəndaş və İnkişaf, Liberal) təmsil olunduğu "Azadlıq" bloku isə, seçkiləri boykot edəcəyi barədə bəyanat verib. Blokun Məclisində bu bəyanat müzakirəyə çıxarılıb, yekun qərar veriləcək.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: trend

Xəbər lenti

Xəbər lenti