...

Azərbaycanda ömürlük cəza çəkən məhkumların hüquqları genişləndirilib

Siyasət Materials 17 İyul 2008 10:56 (UTC +04:00)
Azərbaycanda ömürlük cəza çəkən məhkumların hüquqları genişləndirilib

Azərbaycan, Bakı, 16 iyul / Trend , müxbir K.Zərbalıyeva/ "Cəzaların İcrası və Cinayət-Prosessual məcəllələrinə əlavə və dəyişikliklərin edilməsi haqqında" Qanunda məhkumların təhsil almaq hüququnun genişləndirilməsi, yazışmalarda senzuranın məhdudlaşdırılması, əməklə məşğul olan məhkumların əmək haqlarından tutulmaların azaldılması,onların maddi-məişət təminatlarının dövlət tərəfindən ödənilməsi, ömürlük azadlıqdan məhrum edilmiş məhkumlar üçün əlavə güzəştlərin müəyyən olunması nəzərdə tutulub.

Azərbaycan Respublikası prezidentinin qanunvericilik təşəbbüsü ilə iyunun 24-də Milli Məclis tərəfindən cəzaların çəkilməsi və icrası qaydalarının humanistləşdirilməsi ilə bağlı "Cəzaların İcrası və Cinayət-Prosessual məcəllələrinə əlavə və dəyişikliklərin edilməsi haqqında" Qanun qəbul edilib.

Ədliyyə Nazirliyi Cəzaların İcrasına Nəzarət üzrə Müfəttişliyin rəhbəri Malik Ələkbərov Trend -a müsahibəsində cəzaların icrası qanunvericiliyinə edilən əlavə və dəyişikliklərin mahiyyətini açıqlayıb.

Nazirlik rəsmisi qeyd edib ki, qanunvericiliyə edilmiş əlavə və dəyişikliklər birmənalı olaraq məhkumların hüquq və azadlıqlarının dairəsinin genişləndirilməsinə, onların qanuni mənafelərinin daha etibarlı müdafiəsinə yönəldilib.

Ələkbərov bildirib ki, yeni qanunadək bütün məhkumların yazışmaları senzuradan keçirilirdi. "Məhkumların İnsan Hüquqları üzrə Müvəkklilinə -Ombudsmana, penitensiar müəssisələrin fəaliyyətinə nəzarət edən orqanlara göndərdikləri müraciətlər senzuradan keçirilmirdi və bir gün ərzində aidiyyatı üzrə göndərilirdi", - deyə Müfəttişliyin rəhbəri qeyd edib.

Nazirlik rəsmisinin sözlərinə görə, yeni qanunla senzura məhdudlaşdırılıb. Əvvəllər məhkum tərəfindən alınan və göndərilən məktublar senzuradan mütləq keçirilirdisə, dəyişikliklərdən sonra yalnız bir halda-hazırlanan cinayətlərin qarşısını almaq, cinayət təqibini, cəzanın çəkilməsi qaydasını və şəxslərin həyatı təhlükəsizliyini təmin etmək məqsədilə məhkumun yazışmaları senzuradan keçirilə bilər.

"Yazışmalar senzuradan keçiriləcəyi təqdirdə bu barədə müəssisə rəhbərliyi tərəfindən qərar qəbul edilir", - deyə Ələkbərov vurğulayıb.

Həmçinin qanunla məhkumun Avropa İnsan Hüquqları üzrə Məhkəməsinə göndərdiyi şikayətlər senzura qadağan olunan yazışmalar sırasına daxilı edilib.

Bundan sonra məhkumlar psixoloji yardım almaq və cəzaların icrası və çəkilməsi ilə əlaqədar barələrində qəbul edilmiş qərarlara dair öz rəyini bildirmək və onlardan şikayət vermək imkanına da malik olacaqlar.

Baş ədliyyə müşaviri Ələkbərov bildirib ki, məhkum barəsində qərar qəbul edilərkən həmin qərara münasibət bildirə və qərardan şikayət verə bilər.

"Məsələn, məhkum barəsində cərimə təcridxanasına keçirilməsi ilə bağlı qərar qəbul edilirsə, bu qanuna qədər həmin qərarı məhkəmədən başqa kimsə ləğv edə bilməzdi. Şikayətə məhkəmədə baxılanadək məhkuma verilmiş cəza müddəti bitmiş olur və bu müdafiə mexanizmi effekt vermir. Yeni qanuna görə isə, məhkum barəsində belə bir qərar çıxarılarsa, o, həmin qərarla razı olub-olmadığını qərarda qeyd edə və yuxarı instansiyaya və ya məhkəməyə şikayət verə bilər", - deyə Müfəttişliyin rəhbəri bildirib.

Ələkbərov qeyd edib ki, qanunun icra mexanizmi hazırlanarkən həmin şikayətlərə baxılma qaydaları müəyyən olunacaq.

Cəzaların icrası qanunvericiliyinə edilən dəyişikliklərin bir qismi isə məhkumların cəmiyyətlə əlaqəsinin gücləndirməsinə, onların islahında ictimaiyyətin rolunun artırılmasına xidmət edir.

Yeni qanunla məhkumların telefon danışıqlarının, görüşlərinin, aldıqları sovqat və banderolların sayı artırılıb.

Ələkbərov deyir ki, əvvəlki qanunla bütün məhkumlara 10 dəqiqə olmaqla  ildə 12 dəfə, ömürlük azadlıqdan məhrum edilmiş şəxslərə isə ildə 6 dəfə telefonla danışmaq hüququ verilirdi. Yeni qanun müddəti 15 dəqiqə olmaqla ömürlük cəza çəkənlərə ildə 24 dəfə, digərlərinə isə 52 dəfə telefonla danışmaq imkanı verir.

Qanun işləyən məhkumların əmək haqlarından tutulmaların azalmasını, onların yemək və geyimlərinin xərclərinin dövlət hesabına ödənilməsini nəzərdə tutur. Bununla da yeni dəyişikliklər məhkumların əməyinin stimullaşmasına xidmət edəcək.

Ələkbərovun sözlərinə görə, hər bir məhkuma cəza çəkdiyi müəssisədə yerləşən ticarət köşkündən ayda xərcləməyə icazə verilən pul məbləği də artırılıb. Belə ki, məhkuma müəssisənin rejimindən asılı olaraq aylıq xərclik vəsaitinin məbləği 25-50 manatadək artırılıb. Əvvəllər isə bu məbləğ rejimdən asılı olarq 2 manat 20 qəpikdən 8 manat 80 qəpiyədək təşkil edirdi. Həvəsləndirmə qaydasında məhkuma əlavə xərcləməyə icazə verilən məbləğ isə 2 manat 20 qəpikdən 15 manatadək artırılıb.

Qanun ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün də geniş hüquqlar nəzərdə tutur. Bu qanunla ömürlük cəza çəkən şəxslərin saxlanma şəraitinin kifayət qədər humanistləşdirildiyini deyən nazirlik rəsmisi bildirib ki, qanunla bu qəbildən olan məhkumların il ərzindəki görüşlərinin  və aldıqları sovqat, bağlama və banderolların sayı 2 dəfə artırılıb. Belə ki, əvvəllər ömürlük azadlıqdan məhrum edilmiş məhkumlar il ərzində 4 dəfə sovqat, bağlama və banderol ala bilirdisə, hazırda onların sayı 8-ə, il ərzində qısa müddətli görüşlərin sayı 6, uzun müddətli görüş isə 2-yə çatdırılıb. Həmçinin ömürlük cəza çəkən məhkumlara kameralarda müəyyən olunmuş müddətlərdə

Xəbər lenti

Xəbər lenti