...

Suriya İsrail qarşısında dözümlülük göstərməklə çox böyük nailiyyətlər əldə edəcək – İran XİN başçısı

Siyasət Materials 17 İyul 2008 18:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 iyul / Trend , müxbir T.Cəfərov / "Suriya sionist rejiminin zorakılıqları qarşısında dözümlülük nümayiş etdirməklə çox böyük nailiyyətlər əldə edəcək." - deyə İranın XİN başçısı Mənuçöhr Müttəki cümə axşamı Suriyanın prezidenti Bəşşar Əsədlə görüşündə bildirib. Bu barədə İranın "İRİNN" xəbər kanalı məlumat yayıb.

Müttəki və Əsəd görüşdə ikitərəfli əlaqələrin möhkəmləndirilməsi yollarını, beynəlxalq və bir sıra regional məsələləri müzakirə ediblər.

Görüşdə Sudan, İraq, Fələstin və Livanda son dəyişiklikləri və İranın uranı zənginləşdirilməsi proqramındakı dəyişiklər haqda müzakirələr aparıblar.

İaranın XİN başçısı Suriyanın işğal olunmuş Colan yüksəkliklərinin bu ölkəyə qaytarılması istəyini dəstəklədiyini bildirib.

İran XİN başçısı iyulun 16-da Omanda səfərdə olub, hazırda Suriyadadır və oradan Türkiyəyə səfər edəcək.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]

Xəbər lenti

Xəbər lenti