...

Azərbaycanda seçkiqabağı təşviqata səsvermə gününə 28 gün qalmış start veriləcək

Siyasət Materials 18 İyul 2008 18:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 iyul / Trend , müxbir E.Babayev/ Azərbaycanda prezident seçkiləri ilə bağlı seçkiqabağı təşviqat səsvermə gününə 28 gün qalmış başlayacaq və səsvermə gününə 24 saat qalmış dayandırılacaq. Bu barədə cümə günü Trend -a MSK-nın katibi Natiq Məmmədov məlumat verib.

Trend - un arayışı: Azərbaycanda prezident seçkisinin oktyabrın 15 - də keçirilməsi nəzərdə tutulur. MSK-nın cümə günü keçirilən iclasında seçkilərdə kütləvi informasiya vasitləri ilə seçkiqabağı təşviqatın aparılması qaydaları haqqında təlimat qəbul edilib.

Məmmədov bildirib ki, təlimatda siyasi reklamın nədən ibarət olmasının izahı da verilib. Siyasi reklam, ictimai rəyin seçki proqramının və ya platformasının lehinə formalaşdırılması məqsədilə, reklam materiallarının KİV - də yerləşdirilməsidir. Onun sözlərinə görə, təlimatda namizədlərin pulsuz təbliğatının ictimayi televiziyada aparılacağı yer alıb. Özəl tele -radioların və dövri nəşrlərin təşviqat materiallarını yayması və ya dərci könüllü və ödənişli əsaslarda həyata keçiriləcək. "İctimai televiziya və radioda seçkiqabağı təşviqata ayrılan ödənişsiz efir vaxtının həcmi 3 saatdan az olmamalıdır", - deyən Məmmədov vurğulayıb ki, pulsuz efir vaxtı namizədlər arasında püşkatma yolu ilə bölünəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti