...

ATƏT ümid edir ki, Azərbaycanda prezident seçkisindən sonra Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar daha da sürətlənəcək (video)

Siyasət Materials 30 İyul 2008 20:14 (UTC +04:00)
ATƏT ümid edir ki, Azərbaycanda prezident seçkisindən sonra Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar daha da sürətlənəcək  (video)

Azərbaycan, Bakı, 30 iyul / Trend , müxbir İ.Əlizadə/ ATƏT ümid edir ki, Azərbaycanda oktyabrda keçiriləcək prezident seçkilərindən sonra, Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar daha intensiv şəkildə davam etdiriləcək. "Ümid edirik ki, prezident seçkisindən sonra Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar hazırda masa üzərində olan prinsiplər əsasında davam etdiriləcək", - deyə Azərbaycana səfərinin yekunlarına dair çərşəmbə günü Bakıda keçirdiyi mətbuat konfransında ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Heyki Talvitiye bildirib.

Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. İşğal 1988-ci ildən başlayıb, 1991- ci ilin dekabrınadək, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-93 - cü illərdə isə, Şuşa, Xocalı və Dağlıq Qarabağın ətrafındakı daha yeddi rayon işğal edilib. 1994 - cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir.

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün üç ölkə - ABŞ, Rusiya və Fransa təmsilçilərinin həmsədrliyi ilə ATƏT-in Minsk Qrupu vasitəçilik edir.

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün 1992-ci ildə ATƏT çərçivəsində 10-a yaxın ölkənin iştirakı ilə Minsk Qrupu yaradılıb, 1997- ci ildən Minsk Qrupunda üç ölkə - ABŞ, Rusiya və Fransa təmsilçilərindən ibarət həmsədrlər fəaliyyət göstərir.

ATƏT nüməyəndəsi hesab edir ki, Dağlıq Qarabağ münaqişəsi yalnız sülh yolu və xalqların öz müqəddaratını həll etmələri və dövlətlərin ərazi bütövlüyü prinsipi əsasında həll olunmalıdır. "Bu prinsiplər bir-biri ilə zidiyyət təşkil etmir. Hazırda ATƏT-i daha çox münaqişənin həlli ilə bağlı danışıqların prosesi maraqlandırır. ATƏT Azərbaycan və Ermənistanı münaqişənin sülh yolu ilə həllinə həvəsləndirir. Sülh yolu yeganə yoldur ki, hər iki tərəf bununla kompromiss tapa bilər".

Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyadrov və Edvard Nalbandyan arasında sabah keçiriləcək görüşə toxunan Talvitiye vurğulayıb ki, ATƏT tərəflər arasında dialoqun davam etməsindən məmnundur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti