...

Azərbaycanda seçkidə istifadə olunacaq gözəgörünməyən mürəkkəbin gətirilməsi üçün danışıqlara başlanılıb

Siyasət Materials 31 İyul 2008 12:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 iyul/ Trend , müxbir E.Babayev/ Azərbaycanın Mərkəzi Seçki Komissiyası (MSK) prezident seçkisində istifadə olunacaq gözəgörünməyən mürəkkəbin ölkəyə gətirilməsi üçün danışıqlara başlayıb. "Hazırda biz tanınmış xarici firmalarla danışıqlar aparırıq", cümə axşamı Trend -a MSK katibliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rövzət Qasımov bildirib.

Azərbaycanda prezident seçkisi oktyabrın 15-də keçiriləcək. İyunun 2-də Milli Məclisdə Seçki Məcəlləsinə əlavə və dəyişikliklər edilərkən qanuna barmaqların gözəgörünməyən mürəkkəblə işarələnməsi maddəsi salınıb. Seçki Məcəlləsinin 102-ci maddəsinə əsasən, seçki günü bülleten alarkən seçicinin barmağı mürəkkəbə batırılır. Seçicinin barmağının mürəkkəbə batırılıb-batırılmamasını müəyyən etmək üçün ultrabənövşəyi lampadan istifadə olunur. Bu üsul bir şəxsin ikinci dəfə səsverməsinin qarşısını almaq üçün tətbiq olunur.

Qasımov danışıqların hansı firmalarla aparıldığını açıqlamayıb. "İndi yalnız onu deyə bilərəm ki, həmin firmalar gözəgörünməyən mürəkkəbin istehsalı istiqamətində ixtisaslaşıblar", - deyən Qasımov əlavə edib ki, seçkilərə qədər bu məsələ yüz faiz öz həllini tapacaq və bütün seçki məntəqələrinə lazımi miqdarda gözəgörünməyən mürəkkəb və seçicilərin barmaqlarının mürəkkəbə batırılıb-batırılmadığını yoxlayan ultrabənövşəyi lampalar paylanacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti