...

İlham Əliyevin Azərbaycan prezidentliyinə namizədliyi rəsmən irəli sürülüb

Siyasət Materials 2 Avqust 2008 13:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 avqust / Trend , müxbir E.Babayev/ Hakim Yeni Azərbaycan Partiyasının (YAP) şənbə günü keçirilən IV qurultayında hazırki dövlət başçısı İlham Əliyevin prezidentliyə namizədliyi rəsmən irəli sürülüb.

"Prezident seçildiyim təqdirdə, Azərbaycanın milli maraqlarını müdafiə edəcəm və dövlətçiliyin möhkəmləndirilməsi naminə fəaliyyət göstərəcəm", - deyə İlham Əliyev bildirib.

Azərbaycanda prezident seçkiləri oktyabrın 15-də keçiriləcək. Bazar ertəsi Mərkəzi Seçki Komissiyası prezident seçkilərinə start verib. İndiyə qədər İlham Əliyevin namizədliyi Ana Vətən və Sosial Rifah partiyaları tərəfindən irəli sürülüb. Bundan başqa, Azərbaycan Həmkarlar Konfederasiyasının və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin bu il keçirilən qurultaylarında da İlham Əliyevin namizədliyi irəli sürülüb.

YAP-ın qurultayında 650-yə yaxın nümayəndə iştirak edib. İlham Əliyevin namizədliyinin irəli sürülməsi qərarı qurultay iştirakçıları tərəfindən yekdilliklə dəstəklənib.

YAP 1992-ci ildə o vaxt Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyev tərəfindən yaradılıb. Azərbaycanda 15 ildir hakim partiya olan YAP-ın indiki sədri prezident İlham Əliyevdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti