...

Azərbaycanda seçkiləri boykot edən müxalifət partiyası Ali Məclisinin sədri prezidentliyə namizədliyini irəli sürür

Siyasət Materials 9 Avqust 2008 10:39 (UTC +04:00)
Azərbaycanda seçkiləri boykot edən müxalifət partiyası Ali Məclisinin sədri prezidentliyə namizədliyini irəli sürür

Azərbaycan, Bakı, 09 avqust / Trend , müxbir E.Babayev/ Müxalif Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Ali Məclis sədri Qulamhüseyn Əlibəyli tutduğu vəzifədən və təmsil olunduğu partiyanın sıralarından istefa verib.

"Nizamnamənin mənə verdiyi hüququmdan istifadə edib istefa vermişəm. Siyasi fəaliyyətimi müstəqil şəkildə davam etdirəcəyəm və mənim qarşıdakı prezident seçkisində namizədliyimi irəli sürmək niyyətim var", - şənbə günü Trend -a Əlibəyli bildirib.

Müxalifəti təmsil edən AXCP hazırda "Azadlıq" siyasi blokunun üzvü və həmtəsisçisidir. Partiyanın qurucusu və 2000 - ci ilədək sədri Azərbaycanın eks -prezidenti mərhum Əbülfəz Elçibəy olub. 2000-ci ildən indiyədək AXCP-yə keçmiş dövlət katibi, sabiq deputat Əli Kərimli sədrlik edir.

Əlibəyli AXCP-də rəhbər vəzifələrdə çalışıb və Kərimlinin yaxın tərəfdarı kimi tanınıb. O, 2000 -2005 -ci illərdə millət vəkili və Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü olub.

AXCP "Azadlıq" blokunun üzvüdür və blok prezident seçkilərini boykot etmək barədə qərar çıxarıb.

Əlibəyli bildirib ki, o, istefasının səbəblərinə geniş şərh vermək niyyətində deyil. "Mən bu barədə geniş danışmaq niyyətində deyiləm" - deyən Əlibəyli seçkilərə qatılmaq niyyətinin ciddi olduğunu bildirib. "Yəqin ki, bir neçə günə namizədliyimi rəsmən irəli sürəcəyəm. Hazırda bununla bağlı imkanları ölçüb -biçirəm" - deyə o əlavə edib.

Trend - un arayışı: Azərbaycanda prezident seçkisi oktyabrın 15- də keçiriləcək. İndiyədək növbəti prezident seçkisində iştirak etmək üçün Mərkəzi Seçki Komissiyasına (MSK) 11 nəfər müraciət edib. Siyasi təşkilatlardan hakim Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevin, Ümid Partiyasının sədri İqbal Ağazadənin, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyevin, Liberal-Demokrat Partiyasının sədri Fuad Əliyevin, Yaşıllar Partiyasının sədri Mais Güləliyevin sənədləri MSK-ya təqdim edilib. Bundan başqa, Yaşar Əhmədovun (işsiz), Əlimuxtar Əkbərovun (təqaüdçü), Sevinc Quliyevanın (Sumqayıt Mərkəzi Klinik Xəstəxanasında sanitar), Vüqar Seyidovun (həkim), Qüdrət İsaqovun (AMEA-nın Fizika İnstitutunun aparıcı elmi işçisi) sənədləri MSK-ya təqdim edilib.

Artıq onlardan 6 -nın -- İlham Əliyevin, İqbal Ağazadənin, Yaşar Əhmədovun, Vüqar Seyidovun, Əlimuxtar Əkbərovun və Sevinc Quliyevanın namizədliyi MSK tərəfindən təsdiqlənib. Namizədlər 10 gün müddətində 40 min seçici imzası toplayaraq, MSK-ya təqdim etməlidirlər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti