...

Cənubi Osetiya münaqişəsi ilə bağlı Azərbaycan Dövlət Sərhəd Xidməti əsgərlərin sayını artırıb

Siyasət Materials 11 Avqust 2008 11:52 (UTC +04:00)
Cənubi Osetiya münaqişəsi ilə bağlı Azərbaycan Dövlət Sərhəd Xidməti əsgərlərin sayını artırıb

Azərbaycan, Bakı,11 avqust / Trend , müxbir S.Kazımlı/ Cənubi Osetiya münaqişəsi ilə bağlı Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) Gürcüstanla sərhəddə gücləndirilmiş iş rejiminə keçib.

"Qurum Gürcüstanla sərhədlərdə mühafizəni gücləndirib", bazar ertəsi Trend -a Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat xidmətindən bildirilib.

Trend -un arayışı: Avqustun 8 -nə keçən gecə tanınmamış Cənubi Osetiya respublikasında irimiqyaslı hərbi əməliyyatlar başlayıb. Səhər gürcü ordusunun Tsxinvaliyə daxil olması barədə məlumat yayılıb. Rəsmi Tbilisi bu hadisələri "Konstitusiya rejiminin bərpası" adlandırır. Tanınmamış Cənubi Osetiya Rusiyadan hərbi kömək istəyir. Dünən Gürcüstanın ehtiyatda olan hərbçilərinin səfərbər olunması elan edilib.

Rusiya kütləvi informasiya vasitələrinin məlumatına görə, Rusiya sülhməramlıları arasında həlak olan və yaralananlar var. Hər iki tərəfdən iki mindən artıq hərbçi və mülki şəxsin həlak olduğu bildirilir. Rusiya hərbi hava qüvvələri Gürcüstanın Marneuli və Bolnisi şəhərlərini, Tbilisi yaxınlığında hərbi bazaları intensiv şəkildə bombalayıblar.

Gürcüstan prezidenti Mixail Saakaşvili avqustun 9-da Rusiya ilə müharibə vəziyyətində olduqlarını elan edib.

DSX-dən bildirilib ki, Gürcüstandan Azərbaycana qanunsuz sərhədi keçənlərin qarşısını almaq məqsədilə əsgərlərin sayı artırılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti