...

İran uranın zənginləşdirilməsi proqramını bu gün Avropa Birliyi ilə müzakirə edib

Siyasət Materials 11 Avqust 2008 15:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 avqust / Trend / İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Səid Cəlili bazar ertəsi Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik üzrə Ali Komissarı Xavyer Solana ilə telefon danışığında Cenevrədə aparılan müzakirələrin davamına təkid edib. Bu barədə İranın "İribnews" saytı məlumat yayıb.

Telefon danışığında hər iki tərəf danışıqların müsbət atmosferdə davam etdirildiyini və müzakirələrin konstruktiv olduğunu bir daha qeyd ediblər.

Cəlili və Solana iyulun 19-da Cenevrədə görüşmüşdülər. Bu görüşdə ABŞ Departamentinin nümayəndəsi Vilyam Börns də müşahidəçi kimi iştirak etmişdi. Görüşdə İrana iki həftəvaxt verilmişdi ki, rəsmi Tehran nüvə proqramına dair öz konkret mövqeyini bildirsin, lakmn İran indiyədək konkret mövqeyini bildirməyib.

Xəbər lenti

Xəbər lenti