Azərbyacan, Bakı, 12 avqust / Trend / İran radardan yayınma qabiliyyətinə malik gəmin və özü idarə oluna bilən sualtı qayıq istehsal edib.
"Radardan yayınma qabiliyyətinə malik gəmi və özü idarə olunan sualtı qayıq ölkə mütəxəssisləri tərəfindən layihələşdirilib və istehsal olunub", - deyə İranın müdafiə naziri Mustafa Məhəmməd Nəccar çərşənbə axşamı keçirdiyi mətbuat konfransında bildirib. Bu barədə İranın "Farsnews" agentliyi məlumat yayıb.
O əlavə edib ki, "Yeniliklər və çiçəklənmə ilində" (Iranda 2008-ci il) belə bir gəminin və sualtı qayığın istehsalı ölkənin müdafiə gücünü artıracaq.