...

Türkiyənin Baş naziri Azərbaycana səfərə gəlir

Siyasət Materials 14 Avqust 2008 16:36 (UTC +04:00)
Türkiyənin Baş naziri Azərbaycana səfərə gəlir

Azərbaycan, Bakı, 14 avqust / Trend , müxbir S.İlhamqızı/ Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan gələn həftə Azərbaycana səfərə gələcək. Bu barədə Ərdoğan bu gün Tbilisidə Gürcüstan prezidenti Mixail Saakaşvili ilə keçirdiyi birgə mətbuat konfransında açıqlama verib.Mətbuat konfransını CNN-Türk kanalı yayımlayıb.

Ərdoğan Gürcüstanda baş verən münaqişənin dinc yolla nizamlanması məsələsini müzakirə etmək üçün bu gün Moskvada olub, Rusiya prezidenti Dmitriy Medvedev və Baş nazir Vladimir Putinlə müzakirələr aparıb.

Bundan dərhal sonra Tbilisiyə səfərə gələn Ərdoğan Saakaşvili ilə görüşüb və

Gürcüstanda baş verən hadisələri onunla da müzakirə edib.

Ərdoğan mətbuat konfransında bildirib ki, Bakı -Tbilsi - Ceyhan neft kəməri, Bakı -Tbilisi - Ərzurum qaz kəməri və Bakı -Tbilisi - Qars dəmir yolu layihələri hər üç ölkəni maraqlandıran məsələlər olduğu üçün, bu layihələrin təhlükəsizliyi məsələlərini müzakirə edəcəklər.

"Təhlükəsizlik məsələləri ilə bağlı Azərbaycan prezidenti İlham Əliyevlə də müzakirələr aparmaq üçün Azərbaycana səfər edəcəyəm. Təhlükəsizliyi təmin etmək üçün nə kimi tədbirlər görülməsini müzakirə edəcəyik" - deyə Ərdoğan bildirib.

O, qeyd edib ki, bu layihələr Qafqaz xalqlarını birləşdirən layihələrdir və bu bölgənin istiqrarı münaqişələr deyil, ortaq maraqlar üzərində qurulmalıdır.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]

Xəbər lenti

Xəbər lenti