...

İraq prezidenti Cəlal Tələbani ürəyindən əməliyyat olunduğu xəstəxanadan evə buraxılıb

Siyasət Materials 15 Avqust 2008 13:36 (UTC +04:00)
İraq prezidenti Cəlal Tələbani ürəyindən əməliyyat olunduğu xəstəxanadan evə buraxılıb

Azərbaycan, Bakı, 15 avqust / Trend , müxbir U.Sadıqova/ İraq prezidenti Cəlal Tələbani ürəyindən əməliyyat olunduğu Roçester (Minnesot, ABŞ) xəstəxanasından evə buraxılıb.

Cümə axşamı 74 yaşlı İraq prezidenti Tələbaninin ürəyində uğurlu əməliyyat aparılıb. Prezidentin mətbuat katibinin sözlərinə görə, o, əməliyyatı uğurla keçib və özünü yaxşı hiss edir. İraqın "Əsvat əl-İraq" informasiya agentliyinin verdiyi xəbərə görə, cümə günü səhər o, xəstəxanadan evə buraxılıb, lakin hələ də ABŞ -dadır.

Mətbuat katibi bildirib ki, Tələbani yaxın vaxtlarda reabilitasiya dövrü başa çatdıqdan sonra İraqa qayıdacaq. O, prezidentin vətəninə qayıdacağı dəqiq tarixi bildirməyib.

Milliyyətcə kürd olan Tələbani 2005-ci ilin aprel ayında İraq prezidenti seçilib. Əvvəllər o, Kürdüstan Vətənpərvərlər İttifaqının lideri olub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti