Azərbaycan, Bakı, 19 avqust/ Trend , müxbir C.Babayeva/ MDB-nin müşahidəçi missiyası Azərbaycanda oktyabrın 15 - də keçiriləcək prezident seçkisinin gedişini izləyəcək. Bu barədə çərşənbə axşamı Azərbaycanın Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun MDB-nin müşahidəçi missiyasının nümayəndələri Yevgeni Slobada və İosif Sidiroviçlə görüşündə məlum olub, -MSK-nın mətbuat xidmətindən Trend -a bildiriblər.
MDB-nin müşahidəçi missiyasının nümayəndələri ölkədə prezident seçkilərinin müşahidəsinin nəticələri haqqında hesabat hazırlayacaqlar.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]