Azərbaycan, Bakı, 19 avqust / Trend / Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev çərşənbə
axşamı bp şirkətinin icraçı vitse-prezidenti
Endi İnqlisi qəbul edib.
İnqlis son günlər bölgədə böhranlı
vəziyyətə baxmayaraq, bp ilə Azərbaycan
Dövlət Neft Şirkəti arasında zərərlərin
minimuma endirilməsi istiqamətində dənizdə hasilatla
bağlı əməkdaşlığın uğurla davam
etdirildiyini vurğulayıb..
Prezident İlham Əliyev bp ilə
əməkdaşlığın daha da
genişləndirilməsi planlaşdırılan
layihələrin həyata keçirilməsinə
yaxşı zəmin yaradacağına əmin olduğunu
bildirib.