Gürcüstan, Tbilisi, 22 avqust/ Trend , müxbir N.Kirtsxaliya/ Rusiyanın Cənubi Osetiya və Abxaziyanı de-fakto tanıması ilə heç bir hüquqi dəyişiklik olmayacaq . Bu barədə Gürcüstanın xarici işlər naziri Yekaterina Tkeşelaşvili ATƏT-in fəaliyyətdə olan sədri, Finlyandiya XİN-nin rəhbəri Aleksandr Stabb ilə görüşündən sonra bəyan edib.
Onun sözlərinə görə, "Rusiya, ola bilsin ki, separat rejimləri tanıyır və bununla o, Gürcüstana niyə daxil olmasını bir daha qeyd edir".
"Bunun ardınca heç bir hüquqi dəyişiklik olmayacaq. Birtərəfli tanımanın heç bir mənası yoxdur. Bu, Rusiyanın öz siyasi imicinə təhlükədir. Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü beynəlxalq ictimaiyyət tanıyıb. Bunu şübhə altına yalnız Rusiya alır", - Tkeşelaşvili vurğulayıb.